“Bakı Metropoliteni” müasir təcili texniki yardım maşınını istifadəyə verib - FOTO

“Bakı Metropoliteni” müasir təcili texniki yardım maşınını istifadəyə verib - FOTO Bütün müvafiq avadanlıq və alətlərlə təchiz edilən texniki yardım kiçik avtolaboratoriyadır
İnfrastruktur
10 Avqust , 2015 19:24
“Bakı Metropoliteni” müasir təcili texniki yardım maşınını istifadəyə verib - FOTO

Bakı. 10 avqust. REPORT.AZ/ “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yeni müasir təcili texniki yardım maşınını istifadəyə verib.

Qurumdan "Report"a verilən məlumata görə, yeraltı nəqliyyatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Elektrik təchizatçıları elektromexanika xidməti ilə yanaşı, yeni təcili texniki yardım avtomobili ilə də təmin olunublar. Xidmətin kabel təsərrüfatı distansiyasının təmirçiləri fövqəladə və qəza halları zamanı hadisə yerinə yeni xüsusiləşdirilmiş avtomobillə yollanacaqlar. Bütün müvafiq avadanlıq və alətlərlə təchiz edilən texniki yardım kiçik avtolaboratoriyadır.

Çağırışların xüsusiyyəti əsasən eyni olduğundan, elektriklər üçün alınmış “Ford Tranzit” markalı avtomobilin təchizatı da elektromexanika xidməti üçün ayrılmış maşınla eynidir. 220 volt və 380 volt gərginliyi təmin edən generator, məngənə dəzgahı, perforator, universal drel, laqunda və sair kimi alətlər burada da var. Avtomobillər arasında müəyyən fərqlərin olması da gözdən qaçmır. Kabellərin zədəsini, xətalarını təyin edib, onun xarakteri barədə operatora avtomatik məlumat verən cihaz xüsusi qeyd edilməlidir. Bu cihaz, bir sıra alətlərin avtomatik işləməsi ilə işçi qüvvəsindən səmərəli istifadəyə şərait yaradır. Təcili texniki yardım avtomobilinin iki salonu 6 nəfərlik yardım heyəti üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi