​"Bakı Metropoliteni" könüllü yığır

​"Bakı Metropoliteni" könüllü yığır Onlar I Yay Avropa Oyunları üçün turistlərə yardım edəcəklər
İnfrastruktur
7 Aprel , 2015 11:46
​Bakı Metropoliteni könüllü yığır

Bakı. 7 aprel. REPORT.AZ/ İyun ayında Bakıda keçiriləcək I Yay Avropa Oyunları üçün “Bakı Metropoliteni” QSC-yə könüllülər tələb olunur.

"Report"un "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, könüllülərin işi metronun loqotipi olan xüsusi geyimdə metro stansiyalarında insanlara bələdçilik etməkdən ibarət olacaq.

Könüllünün ingilis dilində sərbəst danışmaq bacarığı, həmçinin Azərbaycanın tarixi haqqında məlumatlı olması tələb edilir.

Digər xarici dilləri bilmək də təqdirəlayiqdir. İş rejimi iyunun 12-dən 28-dək olmaqla, hər gün 6-7 saat təşkil edir. Könüllü olmaq istəyənlər anketini aprelin 27-dək [email protected] elektron ünvanına göndərə bilər.

Qeyd edək ki, anketi bu ünvandan əldə etmək olar: www.dropbox.com/s/njmng0pxjnrbud9/anketa_volonter_az.docx?dl=0.

Son xəbərlər

Orphus sistemi