"Bakı Metropoliteni" könüllü yığıb

"Bakı Metropoliteni" könüllü yığıb Bu gün könüllülərə təlim keçiriləcək
İnfrastruktur
20 May , 2015 10:37
Bakı Metropoliteni könüllü yığıb

Bakı. 20 may. REPORT.AZ/ Gələn ay Bakıda keçiriləcək I Avropa Oyunları üçün “Bakı Metropoliteni” QSC-də bələdçilik edəcək könüllülərin qəbul prosesi başa çatıb. Artıq könüllülərin seçimi olub və dünəndən etibarən qeydiyyatı aparılıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a bildirib ki, bu gündən təlimlərə başlanılıb.

"Könüllülər əsasən tələbələrdir. Onlara ayrı-ayrı sahələr - təhlükəsizlik, metropolitendən istifadə qaydaları, Azərbaycan və Bakının tarixi, gəzməli yerlər haqqında məlumat veriləcək və təlimlər keçiriləcək. Təlimlər xüsusilə xarici qonaqların verə biləcəkləri suallarla bağlı olacaq", - deyə N.Paşayev bildirib.

Qeyd edək ki, təxminən 80 könüllü seçilib. Onlar metro stansiyalarının giriş və çıxışlarında, "Ask me" ("Məndən soruş") yazılı xüsusi geyimdə olacaqlar.

Son xəbərlər

Orphus sistemi