"Bakı Metropoliteni": Köhnə qatarlar istismar müddətini başa vurduqdan sonra kondisionerli qatarlarla əvəzlənəcək

"Bakı Metropoliteni": Köhnə qatarlar istismar müddətini başa vurduqdan sonra kondisionerli qatarlarla əvəzlənəcək Bakı. 31 iyul. REPORT.AZ/ Köhnə vaqonlara kondisioner quraşdırılması mümkün deyil.
İnfrastruktur
31 İyul , 2018 13:38
Bakı Metropoliteni: Köhnə qatarlar istismar müddətini başa vurduqdan sonra kondisionerli qatarlarla əvəzlənəcək
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ "Köhnə vaqonlara kondisioner quraşdırılması mümkün deyil". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, köhnə qatarlar istismar müddətini başa vurduqdan sonra onlar kondisionerli qatarlarla əvəz ediləcək: "Yeni vaqonların alınması iki halda mümkün ola bilər. Birincisi, köhnə vaqonlar istismar müddətini başa vurduğu zaman mümkündür. Bir vaqonun istismar müddəti 31 ildir. Köhnə vaqonlar istismar müddətini başa vurduqdan sonra onlar yenilərlə əvəz olunacaq. Burada da əsas məqsəd sərnişinlərin rahatlığını təmin edən vaqonları alıb istismara verməkdir. İkinci, halda isə əgər yeni stansiyalar istismara verilsə, tələbata uyğun olacaq yeni qatarlar da sifariş verilə bilər. Yəni yeni vaqonların hazırlanması sifariş əsasında olur".

Son xəbərlər

Orphus sistemi