Yuxarı
    Bağlamaq

    Bakı Metropoliteni iki yeni stansiyanın açılışına hazırlaşır

    Memar Əcəmi metro stansiyasında giriş və çıxışın yeri dəyişdirilib

    Bakı. 1 aprel. REPORT.AZ/ Bakı metrosunda daha bir yenilik tətbiq edilib. Bu gündən etibarən metronun "Memar Əcəmi" stansiyasında sərnişinlərin giriş və çıxış yeri dəyişdirilib. Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a bildirib.

    "Stansiyada sərnişinlərin hərəkətini nizamlamaq məqsədilə bu gün səhərdən etibarən metroda giriş və çıxışın yeri dəyişdirilib. Belə ki, "Memar Əcəmi" stansiyası Bakı Metropoliteninin üçüncü,  "Bənövşəyi xətt"inin ilk iki stansiyası - "Avtovağzal" və "Memar Əcəmi-2" ilə keçid stansiyasıdır. Yeni stansiyalar istismara verildikdən sonra, bu üç stansiyanın sərnişinlərinin hərəkətində toqquşma yaranmaması üçün bu gündən "Memar Əcəmi"nin giriş və çıxış yeri dəyişdirilib", - deyə N.Paşayev qeyd edib.

    Qeyd edək ki, Bakı Metropoliteninin yeni "Bənövşəyi xətt"inin ilk iki stansiyası - "Avtovağzal" və "Memar Əcəmi-2"-nin eyni vaxtda - 2016-cı ilin ilk yarısında açılması nəzərdə tutulub.

    "Memar Əcəmi-2" stansiyası 5 mərtəbədən ibarət olacaq, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift olacaq. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb. "Memar Əcəmi-2"-də eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır və eskalatorun sayı 17-dir. Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən "Yaşıl" və "Bənövşəyi" xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcək. "Memar Əcəmi-2" - "Bənövşəyi xət"dən mövcud "Yaşıl xətt"ə keçid stansiyası rolunu oynayacaq. Sərnişinlər buradan "Memar Əcəmi" stansiyasına keçməklə, "Yaşıl xətt"ə daxil olan stansiyalardan istifadə edə biləcəklər.

    Stansiyada 7 vaqonlu qatarların olması nəzərdə tutulub, amma ilkin olaraq 5 vaqonlu qatarlar hərəkət edəcək.

    "Bənövşəyi xətt" 12 stansiyadan ibarət olmaqla, Qaraçuxur qəsəbəsinə qədər uzanacağı planlaşdırılır.

    Eyni zamanda, "Avtovağzal" stansiyasının 8 giriş-çıxışı olacaq. Burada 20 eskalator və 8 travelator, həmçinin, fiziki imkanları məhdud insanlar üçün lift də quraşdırılıb. Hər iki stansiya və bundan sonra "Bənövşəyi xətt" üzrə tikiləcək stansiyaların paltformasının uzunluğu 144 metrdir. "Avtovağzal" stansiyasında iki ədəd piramida quraşdırılıb ki, burada çıxışın biri Bakı-Sumqayıt yolunun altından keçməklə, Biləcəri istiqamətində, ikincisi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinədir.

    Qeyd edək ki, bütün bu yeniliklər stansiyaların yaxın vaxtlarda istismara veriləcəyinə dair əsas yaradır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi