Yuxarı

"Bakı Metropoliteni" açıq tender keçirir

QSC yeni dəzgahların satınalınmasını təklif edir

Bakı. 20 sentyabr.REPORT.AZ/ "Bakı Metropoliteni" QSC universal frezer dəzgahının və universal torna dəzgahının satınalınmasına dair açıq tender keçirir. "Report"un məlumatına görə, müsabiqə 1 lot üzrə keçirilir. 

Tenderdə iştirak haqqı 200 AZN təşkil edir. İddiaçılar zəruri sənədləri 24 oktyabr saat 18:00-a qədər, tender təklifini və bank təminatını isə 1 noyabr saat 15:00-a qədər Bakı şəhəri, M. Rəfili küçəsi 20 ünvanına təqdim etməlidirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi