Bakı Metropoliteni tender keçirir

Bakı Metropoliteni tender keçirir İddiaçılar təkliflərini mayın 11-dək təqdim etməlidir
İnfrastruktur
28 Mart , 2017 10:05
Bakı Metropoliteni tender keçirir

Bakı. 28 mart. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC 81-717, 81-714 seriyalı metro vaqonlarının təmiri üçün ehtiyat hissələri, qovşaqlar və defektoskop cihazları üçün ehtiyat hissələrinin satın alınması ilə əlaqədar açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, tender iki lot üzrə keçirilir. Belə ki, lot-1 üzrə iştirak haqqı 250 manat, lot-2 üzrə isə 150 manat təşkil edilir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2 may saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 11 may saat 18:00-a qədər Bakı şəhəri, M.Rəfili küçəsi,20 ünvanına müəssisənin icraya nəzarət, kargüzarlıq və təsərrüfatı işləri şöbəsinə təqdim edilməlidir.

İddiaçıların təklifləri 12 may saat 15:00-da qeyd olunan ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi