Yuxarı

Bakı-London aviareysi təxirə salınıb

Təyyarədə geniş texniki baxışın keçirilməsi zərurəti yaranıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün saat 20:50-də Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Hava Limanından Londonun “Heathrow" Hava Limanına həyata keçirilməli olan aviareys təxirə salınıb.

“Report”un “British Airways” aviaşirkətindən aldığı məlumata görə, reysi gerçəkləşdirməli olan təyyarəyə geniş texniki baxış keçiriləcək və bu səbəbdən bu günə planlaşdırılan aviareys təxirə salınıb.

Aviaşirkətdən bildirilib ki, bugünkü reys sabah eyni saatda həyata keçiriləcək, lakin sərnişinlər əvvəlcədən şirkətlə əlaqə saxlayıb sabahkı reys üçün qeydiyyatdan keçməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi