Bakı Limanının bayrağı qaldırılıb - FOTO

Bakı Limanının bayrağı qaldırılıb - FOTO Bayrağı Dəniz Xidməti, dokerlər və Dəniz Limanı administrasiyanı təmsil edən əməkdaşlar qaldırıb
İnfrastruktur
9 Noyabr , 2015 13:44
Bakı Limanının bayrağı qaldırılıb - FOTO

Bakı. 9 noyabr. REPORT.AZ/ 9 noyabr - Dövlət Bayrağı günü münasibətilə Dəniz Vağzalının qarşısında Azərbaycanın üç rəngli bayrağı, Bakı şəhərinin və Bakı Limanının bayraqları qaldırılıb. Bu barədə "Report"a "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən məlumat verilib.

Qurumun baş direktoru Taleh Ziyadov iştirakçıları bayram münasibəti ilə təbrik edib və bayrağın əhəmiyyəti haqqında danışıb: "1918-ci ilin məhz bu günü ilk dəfə dalğalanan üç rəngli bayrağımız bu gün bizim milli kimliyimizin, milli dəyərlərimizin və suverənliyimizin əsasını təşkil edir".

Tarixən bayrağın qaldırılmasından daha önəmli və məsuliyyətli öhdəliyin bu bayrağın daima qürurla dalğalanmasına nail olmaq olduğunu qeyd edən T.Ziyadov bu işdə ümummilli lider Heydər Əliyevin rolunun danılmaz olduğunu vurğulayıb.

Açılış nitqindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin ifasında Azərbaycanın üçrəngli bayrağı və Bakı Limanın yeni dizayn olunan bayrağının qaldırılması mərasimi baş tutub.

Bayraqları Dəniz Xidməti, dokerlər və Dəniz Limanı administrasiyanı təmsil edən əməkdaşlar qaldırıb.

Mərasim bayraqların qarşısında xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi