Yuxarı
    Bağlamaq

    Bakı limanında yük daşınması artır

    Limanda aparılan tikinti işlərinin təxminən 70%-i artıq tamamlanıb

    Bakı. 16 dekabr. REPORT.AZ/ Bu il Bakı limanında aşırılacaq yüklərin həcmində ciddi artım gözlənilir. "Report" xəbər verir ki, bunu Xəzər Avropa Klubu (Caspian European Club) çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov iş adamları ilə görüşü öncəsi bildirib. 

    "Ötən il dünyada qlobal maliyyə böhranı nəticəsində yükaşırmanın həcmində ciddi azalma müşahidə edilib. Bu il isə Bakı limanında yükaşırmanın həcmi 4 mln. tonu ötəcək. Gələcək ildə də artım tempi davam edəcək", - deyə T.Ziyadov qeyd edib.

    Limanda tikinti işlərinin qrafikə uyğun həyata keçirildiyini deyən T.Ziyadovun sözlərinə görə, gələn ilin sonuna qədər birinci mərhələdə nəzərdə tutulan bütün işlər tamamlanacaq: "Limanda bərə terminalının tikintisi 2014-cü ildə yekunlaşıb. Növbəti mərhələdə böyük TİR-lərin daşınması üçün nəzərdə tutulan "ro-ro" tipli terminalın tikintisi bitəcək. Ümumilikdə, limanda tikinti işlərinin təxminən 70%-i tamamlanıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi