Bakı limanı "yaşıl liman" mexanizmini təşviq edəcək

Bakı limanı "yaşıl liman" mexanizmini təşviq edəcək Liman ərazisində fəaliyyət göstərəcək şirkətlər alternativ enerji mənbələrindən də istifadə edə biləcəklər
İnfrastruktur
19 Mart , 2016 12:05
Bakı limanı yaşıl liman mexanizmini təşviq edəcək

Bakı. 19 mart. REPORT.AZ/ "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC limanın ərazisi və tezliklə salınacaq azad ticarət zonasında da yaşıl texnologiyaya üstünlük verilməsini təşviq edəcək. Bu, təbiətə dəyə biləcək zərərin azalmasına gətirib çıxaracaq.

Bunu "Report"a açıqlamasında Bakı limanının baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihədə yaşıl liman konseptiylə tikintidə istifadə edilən materiallar, günəş enerjisi, dənizlərdən əldə olunan enerjinin təşviqi mexanizmini nəzərdə tutur.

"MDB ölkələri ərazisində yaşıl liman statusuna malik heç bir ərazi yoxdur. Biz ümidvarıq ki, bu layihə nəticəsində Bakı limanı yaşıl liman statusuna malik regionda ilk liman olacaq", - deyə T. Ziyadov əlavə edib. 

Son xəbərlər

Orphus sistemi