Yuxarı

​Bakı Limanı tələbələr üçün təcrübə proqramı elan edir

Gələcəyini logistika sahəsində qurmaq istəyənlər müraciət edə bilərlər

Bakı. 3 dekabr. REPORT.AZ/ "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC tələbələr üçün təcrübə proqramı elan edir. Proqramın məqsədi limanla ətraflı tanış olmaq, logistika sahəsində karyera qurmaq arzusunda olan tələbələrə cəmiyyətin müxtəlif layihələrində iştirak edərək praktik təcrübə qazanmaq imkanı yaratmaqdır. Bu proqram həm də Bakı Limanının Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyət çərçivəsində gənclər üçün yaratdığı tədris və təlim imkanlarından biridir.

Limandan "Report"a verilən məlumata görə, Bakı Limanının Təcrübə Proqramında iştirak etmək üçün ərizələrin qəbulu 15 dekabr 2015-ci il tarixinə kimi davam edəcək: "Maraqlanan tələbələr öz tərcümeyi-hallarını (CV) office@portofbaku.com elektron ünvanına göndərə bilərlər. Seçim zamanı kommunikasiya, marketinq və beynəlxalq münasibətlər sahələri üzrə təhsil alan, o cümlədən xarici dil bilikləri olan tələbələrə üstünlük veriləcək. Mövzu yerinə mütləq Bakı Limanı Təcrübə Proqramı qeyd etməyinizi xahiş edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi