Bakı Limanı tələbələr üçün ikinci təcrübə proqramını elan edir

Bakı Limanı tələbələr üçün ikinci təcrübə proqramını elan edir Ərizələrin qəbulu aprelin 26-dək davam edəcək
İnfrastruktur
12 Aprel , 2016 18:24
Bakı Limanı tələbələr üçün ikinci təcrübə proqramını elan edir

Bakı. 12 aprel. REPORT.AZ/ "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tələbələr üçün ikinci təcrübə proqramını elan edir. Limandan "Report"a daxil olan məlumata görə, proqramın məqsədi tələbələri Azərbaycanın qeyri-neft sektoruna önəmli töhvə verən Bakı Limanının konsepsiyası ilə tanış etmək, logistika sahəsi üzrə biliklərini artırmaq, peşəkar inkişaf və gələcək iş həyatına hazırlıqlarına töhvə verməkdir. Bu proqram həm də Bakı Limanının Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyət çərçivəsində gənclər üçün yaratdığı tədris və təlim imkanlarından biridir.

Xatırladaq ki, Bakı Limanının 2015-ci ilin dekabr ayında elan etdiyi təcrübə proqramının nəticəsi olaraq, Azərbaycanın 5 universitetini təmsil edən 10 tələbə 3 ay müddətində Limanın müxtəlif şöbələrində fəaliyyət göstərib, yüksək bilik və bacarıq nümayiş etdirib və proqramı uğurla başa vurublar.

Bakı Limanının təcrübə proqramında iştirak etmək üçün ərizələrin qəbulu 26 aprel 2016-ci il tarixinə kimi davam edəcək. 3-cü, 4-cü kurs bakalavr və magistr tələbələri öz tərcümeyi-hallarını (CV) və istək məktublarını [email protected] elektron ünvanına göndərə bilərlər. Xarici dil bilikləri olan tələbələrə üstünlük veriləcək.

Qeyd edək ki, təcrübə proqramı 3 ay davam edəcək və tələbələrin dərs cədvəlinə uyğun keçiriləcək. Proqram ödənişsizdir.

Mövzu yerinə mütləq Bakı Limanı təcrübə proqramı qeyd edilməlidir. 

Son xəbərlər

Orphus sistemi