“Bakı Kristal Zalı” mənfəətlə işləməyə başlayıb

“Bakı Kristal Zalı” mənfəətlə işləməyə başlayıb “Bakı Kristal Zalı” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 174,329 milyon manat təşkil edib.
İnfrastruktur
12 İyun , 2019 10:32
“Bakı Kristal Zalı” mənfəətlə işləməyə başlayıb

“Bakı Kristal Zalı” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 174,329 milyon manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,2% azdır.

2018-ci ildə “Bakı Kristal Zalı”nın cəmi öhdəlikləri dəyişməyərək 73 min manat qalıb, cəmi kapitalı isə 1,2% azalaraq 174,256 milyon manata düşüb.

Ötən il “Bakı Kristal Zalı”nın gəlirləri 4,742 milyon manat (əvvəlki ilə nisbətən 12,85 dəfə çox), xərcləri 4,74 milyon manat (56,2% az), mənfəət vergisi ödəmələri isə cəmi 546 manat (əvvəlki il vergi ödəməyib) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili təxminən 2 min manat mənfəətlə başa vurub. Halbuki, kommersiya qurumu 2017-ci ildən 10,46 milyon manat zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi