​Bakı-İstanbul və İstanbul-Bakı reysləri təxirə salınıb

​Bakı-İstanbul və İstanbul-Bakı reysləri təxirə salınıb İstanbulda yağışlı hava səbəbindən Azərbaycan və Gürcüstan da daxil olmaqla bir neçə ölkəyə ediləcək 299 təyyarə reysi ləğv edilib
İnfrastruktur
31 Yanvar , 2015 12:37
​Bakı-İstanbul və İstanbul-Bakı reysləri təxirə salınıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün yerli vaxtla 14:20-də Bakı-İstanbul reysi ilə uçmalı olan TK 333 reysi və saat 13:20-də İstanbul-Bakı reysi ilə hərəkət etməli olan TK 332 saylı reys təxirə salınıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından "Report"a verilən məlumata görə, reyslərin təxirə salınmasının səbəbi dəqiq bəlli olmasa da, İstanbuldakı hava şəraiti ilə əlaqədar olması ehtimal edilir.

Bu gün Bakıdan İstanbula 2-si AZAL-a, 2-si isə Türk Hava Yollarına məxsus olan 4 reys həyata keçirilməli idi. AZAL-ın reysləri saat 17:50 və 20:45-də, THY-nin reysləri isə 20:35-də həyata keçirilməlidir.

Eyni zamanda, İstanbuldan Bakıya hərəkət edən təyyarələrin də sayı 4 olmalı idi. Ləğv edilən reysdən əlavə olaraq saat 19:40-da THY-nin, 16:05 və 17:15-də isə AZAL-ın İstanbul-Bakı reyslərinin həyata keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, THY-nin yaydığı rəsmi məlumata görə, İstanbulda yağışlı hava səbəbindən Azərbaycan və Gürcüstan da daxil olmaqla bir neçə ölkəyə ediləcək 299 təyyarə reysi ləğv edilib.

Son xəbərlər

Orphus sistemi