Bakı-İstanbul aviareyslərinin sayı artırılır

Bakı-İstanbul aviareyslərinin sayı artırılır Bu istiqamətdə gediş-dönüş aviabiletinin qiyməti 346 manatdır
İnfrastruktur
25 Fevral , 2015 13:00
Bakı-İstanbul aviareyslərinin sayı artırılır

Bakı. 25 fevral. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC mart ayının 15-dən başlayaraq Bakı-İstanbul-Bakı aviareyslərinin sayını artırır.

"Report" AZAL-a istinadən verdiyi xəbərə görə, Bakıdan bu istiqamətdə, Atatürk Hava Limanına həyata keçirilən reyslərin gündəlik sayı artırılacaq. Bu reyslərin Bakıdan uçuş vaxtı 13:25, İstanbulda enişi 14:30 baş tutacaq, eyni hava limanından dönüş vaxtı 15:30, Bakıda enişi isə 20:25 olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, bu reysə gediş-dönüş aviabiletinin qiyməti 346 manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi