Bakı-Hacıqabul-Kürdəmir yolunda sürət həddi artırılıb

Bakı-Hacıqabul-Kürdəmir yolunda sürət həddi artırılıb Magistral yolda minimal sürət həddi 90 km/saat, maksimal 110 km/saat müəyyən olunub
İnfrastruktur
14 May , 2016 12:33
Bakı-Hacıqabul-Kürdəmir yolunda sürət həddi artırılıb

Bakı. 14 may. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul-Kürdəmir hissəsində müəyyən olunan ərazilərdə sürət həddi 60 km/saat-dan 90 km/saata qədər artırılıb.

"Report" xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyi məlumat yayıb.

Magistral yolda minimal sürət həddi 90 km/saat, maksimal 110 km/saat müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi