Bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verilib

Bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verilib Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.
İnfrastruktur
29 Dekabr , 2018 10:04
Bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verilib

Bakı. 29 dekabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.

"Report" xəbər verir ki, sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb.

Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək. Qeyd edək ki, qatarın ik sərnişinləri jurnalistlər və bir qrup deputatlardır. Qonaqları "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov müşayiət edir.

Xatırladaq ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.

Son xəbərlər

Orphus sistemi