Bakı Gəmiqayırma Zavodunda irihəcmli bərə gəmilərin istehsalı üçün danışıqlar aparılır

Bakı Gəmiqayırma Zavodunda irihəcmli bərə gəmilərin istehsalı üçün danışıqlar aparılır "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" daha iri bərə gəmilərinin yerli istehsalının təşkilində maraqlıdır
İnfrastruktur
10 Dekabr , 2015 17:20
Bakı Gəmiqayırma Zavodunda irihəcmli bərə gəmilərin istehsalı üçün danışıqlar aparılır

Bakı. 10 dekabr. REPORT.AZ/ Hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakı Gəmiqayırma Zavodu ilə daha irihəcmli bərə gəmilərinin hazırlanmasına dair danışıqlar aparır. "Report" xəbər verir ki, bunu İxracatçılar Klubunun bu gün keçirilən II iclasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sədr müavini Fərhad Quliyev deyib.

F.Quliyevin sözlərinə görə, hazırda QSC-nin istifadə etdiyi bərə gəmilər maksimum 52 vaqon tutur: "Bizim ən böyük yukdaşımalarımız Aktau və Türkmənbaşı limanları istiqamətindədir. Hazırda həmin istiqamətdə həftədə iki dəfə reys təşkil olunur. Aktau istiqamətində yüklərimiz orta hesabla 24-26 saata, Türkmənbaşıya isə 14-16 saata daşınır. Təbii ki, bu vaxta hava şəraiti də təsir edə bilir".

Gəmiçilik rəsmisi deyib ki, şirkət yükdaşımalar sahəsində bir sıra güzəştlər tətbiq edib: "2015-ci ilin əvvəlindən TIR-lərə 20% güzəşt tətbiq etdik. Dekabrın 1-dən isə yük maşınlarına Aktau istiqamətində 20%, Türkmənbaşı istiqamətində isə 10% güzəşt tətbiq etdik".

Son xəbərlər

Orphus sistemi