​Abşeron yarımadası və Bakı ətrafında 1500 hektar neftlə çirklənmiş ərazi təmizlənib

​Abşeron yarımadası və Bakı ətrafında 1500 hektar neftlə çirklənmiş ərazi təmizlənib Bibiheybət ərazisinin yarısından çoxu bərpa olunaraq əhalinin istifadəsinə verilib
İnfrastruktur
26 Aprel , 2016 15:47
​Abşeron yarımadası və Bakı ətrafında 1500 hektar neftlə çirklənmiş ərazi təmizlənib

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2006-cı ildən bu ilədək Abşeron yarımadası və Bakı ətrafında 1500 hektardan çox neftlə çirklənmiş torpaqları təmizləyib.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR: "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransında SOCAR-ın Risklərin, ekologiyanın idarə olunması şöbəsinin rəisi Elnur Əlizadə bildirib.

O qeyd edib ki, bu daha çox Bibiheybət ərazisində nəzərə çarpır, bu zonanın yarısından çoxu bərpa olunaraq əhalinin istifadəsinə verilib.

Şirkət nümayəndəsi SOCAR-da risklərin idarə olunması strategiyası barədə də məlumat verib. O bildirib ki, şirkət heç vaxt riskdən qaçmaq niyyəti güdmür. "Şirkət riskləri idarə etməklə öz məqsədinə çatmalıdır".

O, neft dağılmalarından da danışaraq bildirib ki, şirkət üç səviyyəli neft dağılmaları müəyyənləşdirib. Onun sözlərinə görə, birinci və ikinci səviyyəli dağılmalarda SOCAR öz imkanları hesabına öhdəsindən gəlir, üçüncü səviyyədə isə Fövqəladə Hallar Nazirliyi müdaxilə edir, SOCAR isə bu quruma kömək edir.

Son xəbərlər

Orphus sistemi