Bakı-Ələt avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Ələt avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq Lökbatan dairəsindən Bibiheybət Məscidinədək olan hissədə rənglənmə işləri aparılacaq
İnfrastruktur
4 İyun , 2015 14:24
Bakı-Ələt avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı. 4 iyun. REPORT.AZ/ Bu gün saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun Lökbatan dairəsindən Bibiheybət Məscidinədək olan hissəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

“Report” “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, işlər hər iki istiqamətdə aparılacaq: "Bununla bağlı olaraq sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni, rənglənmə işləri bir hərəkət zolağında aparılırsa, nəqliyyat vasitələri digər hərəkət zolaqları ilə hərəkətlərinə maneəsiz davam etdirə biləcəklər".

Qeyd edək ki, I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri Ziya Bünyadov prospektində artıq yekunlaşıb.

Xatırladaq ki, eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 sm enində sarı xətt və asfalt üzərində isə təyin edilən yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət edilir və kənar maşınların bu zolaqla hərəkəti tamamilə məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi