Bakı-Dubay aviareyslərinə yeni aksiya keçirilir

Bakı-Dubay aviareyslərinə yeni aksiya keçirilir Aksiya dekabrın 15-nə kimi olan uçuşlara aiddir
İnfrastruktur
9 Dekabr , 2016 12:46
Bakı-Dubay aviareyslərinə yeni aksiya keçirilir

Bakı. 9 dekabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakıdan Dubay istiqamətində olan uçuşlara yeni aksiya keçirir.

QSC-nin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Bakı-Dubay-Bakı istiqamətində axşam reyslərinə (J2 015/J2 016) dekabrın 15-nə kimi olan uçuşlara aviabilet alarkən qiyməti cəmi 149 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.

Eyni zamanda, aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Qeyd edək ki, AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün "Airbus A319" və "A320" laynerləri ilə həyata keçirilir. Reys çərçivəsində "AZAL Miles" bonus proqramından istifadə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi