​Bakı Dairəvi yolunda aparılan təmir işləri başa çatdırılıb

​Bakı Dairəvi yolunda aparılan təmir işləri başa çatdırılıb Yaxın günlərdə həmin ərazi nəqliyyatın hərəkəti üçün açıq olacaq
İnfrastruktur
8 Aprel , 2015 17:38
​Bakı Dairəvi yolunda aparılan təmir işləri başa çatdırılıb

Bakı. 8 aprel. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına hazırlıq məqsədilə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, artıq Bakı Dairəvi yolunun 9 km-lik hissəsində təmir işləri başa çatdırılıb. 

"Yolun 14-cü km-dən 5-ci km-ə qədər olan hissəsində işlər yekunlaşıb. Yaxın günlərdə həmin hissə nəqliyyatın hərəkəti üçün açıq olacaq", - "Azəryolservis"dən bildirilib.

Son xəbərlər

Orphus sistemi