Bakı-Böyük Kəsik istiqamətində daha 10 km yol yenilənir

Bakı-Böyük Kəsik istiqamətində daha 10 km yol yenilənir Dəmir yolunun Bərgüşad-Ucar mənzilində əsaslı təmirə start verilib
İnfrastruktur
9 Mart , 2017 09:47
Bakı-Böyük Kəsik istiqamətində daha 10 km yol yenilənir
Azərbaycan Dəmir Yolları

Bakı. 9 mart. REPORT.AZ/ Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun Bərgüşad-Ucar mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "Report"a bildirib ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 245 km dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi