Yuxarı

​Bakı-Böyük Kəsik dəmir yolu boyunca Gəncəyə qədər yarımstansiyalar tam hazırdır

Hazırda elektrik təchizatı sistemi yenilənir

Bakı. 26 avqust. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində Bakıdan Gəncə şəhərinə qədər olan yarımstansiyalar artıq qurulub. Layihə üzrə siqnalizasiya sistemi yenilənib və hazırda elektrik təchizatında dəyişikliklər edilir. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, bu dəhlizdə qatarların hərəkətinə nəzarət etmək üçün Bakıda xüsusi dispetçer məntəqəsi yaradılacaq: "Qatarlar oradakı mikroprosessor əsasında idarə olunacaq. Bu, maşinistlə danışmağa, nasazlıq baş verdiyi təqdirdə məlumat ötürməyə imkan verir".

Qeyd edək ki, Dünya Bankı ilə həyata keçirilən layihə çərçivəsində “Bombardier-TransSignalRabitə" podratçı şirkəti bu istiqamətdə indiyə kimi 1, 2 və 3-cü hissələr üzrə işçi layihələr hazırlayıb. Birinci hissədə Böyük Kəsik-Gəncə sahəsində işlər başlayıb. Böyük Kəsik-Ağstafa hissəsində 13 stansiyadan 5-də işlərin 80%-ə qədəri görülüb. İlk hissənin kabel işlərinin əsas hissəsi həyata keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi