Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq tender keçirir

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq tender keçirir İddiaçılardan tikinti materialları və elektrik mallarının alınması tələb edilir
İnfrastruktur
7 Fevral , 2017 14:08
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq tender keçirir

Bakı. 7 fevral. REPORT.AZ/ “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC zəruri olan tikinti materialları və elektrik mallarının alınması üçün açıq tender elan edib.

Sorğuda iştirak edəcək fiziki və hüquqi şəxslərdən əsas tələblər tikinti materialları və elektrik mallarının siyahıya uyğun təqdim olunması, keyfiyyətinə zəmanət vermək və bu məmulatların alınması ilə əlaqədar tələb olunan sənədləşmə işlərinin aparılmasından ibarətdir.

Tikinti materiallarına dair tenderdə iştirak etmək istəyənlər 250 manat, elektrik mallarınının tenderinə qatılmaq istəyənlər isə 150 manat iştirak haqqını ödəməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) martın 27-dək, tender təklifi və bank zəmanətini isə aprelin 5-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

İddiaçıların təklif zərfləri aprelin 6-da qeyd olunan ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi