Bakı Beynəlxalq Dəniz Ticarət Limanı liman təhlükəsizliyini qiymətləndirəcək şirkət axtarır

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı liman təhlükəsizliyini qiymətləndirəcək şirkət axtarır Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq tender elan edir
İnfrastruktur
24 Dekabr , 2018 10:46
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı liman təhlükəsizliyini qiymətləndirəcək şirkət axtarır

Bakı. 24 dekabr. REPORT.AZ/ “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC liman təhlükəsizliyinin qiymətləndirilməsi və konseptual layihənin hazırlanması üçün işlərin və xidmətlərin satınanılması məqsədilə açıq tender elan edir.

“Report” bu barədə şirkətin rəsmi qəzetdə elanına istinadən xəbər verir.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar 150 manat iştirak haqqını Bakı Limanının bank hesabına ödəyib ödənişi təsdiq edən sənədi Bakı Limanına təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün 28 yanvar 2019-cu il tarixinə kimi aşağıdakı sənədləri (Azərbaycan vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış; - son bir ildəki fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - mənşə və və uyğunluq sertifikatları; - digər sənədlər) təqdim etməlidirlər. 

Zərflər fevralın 6-da 2019-cu ildə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi 72-də saat 17.00-açılacaq.

Əlaqələndirici şəxs - Hacıyeva Aytəkin Əvəz qızı, satınalmalar şöbəsinin aparıcı mütəxəssisi,telefon nömrəsi- +994 12 498-91-84. e-mail: [email protected] VIII. 

Son xəbərlər

Orphus sistemi