Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2015-ci ilin yekunlarını açıqlayıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2015-ci ilin yekunlarını açıqlayıb Qurumun baş direktoru il ərzində görülən işlər haqda məlumat verib
İnfrastruktur
28 Dekabr , 2015 09:28
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2015-ci ilin yekunlarını açıqlayıb

Bakı. 28 dekabr. REPORT.AZ/ "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə korporativ tədbir keçirib. Limandan "Report"a verilən məlumata görə, Bakı Dəniz Vağzalında baş tutan tədbiri Cəmiyyətin baş direktoru Taleh Ziyadov açaraq, başa çatmaqda olan ilin Bakı Limanı üçün əhəmiyyəti və görülən işlər barədə məlumat verib. Baş direktor 2015-ci ilin bir sıra hadisələrə görə yaddaqalan olduğunu qeyd edib.

Belə ki, beynəlxalq əməkdaşlığın qurulması istiqamətində bir sıra əməli addımlar atılıb, Antverpen, Aktau, Batumi və digər qabaqcıl limanlarla qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Əlavə olaraq, Antverpen, Dubay ve Sinqapur limanlarının təcrübəsi yaxından öyrənilib və sinqapurlu mütəxəssislər Bakı Limanında işə dəvət olunublar.

Qeyd edək ki, 2015-ci ildə həm də Ələt qəsəbəsində yaradılması planlaşdırılan xüsusi iqtisadi zonanın konseptual baş planı hazırlanıb.

Daha bir mühüm hadisə isə avqustun 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ilk dəfə olaraq Çindən sınaq konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinə gəlməsi olub. İkinci belə qatar isə dekabr ayında eyni xətt üzrə Bakı limanına gəlib.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması üçün Çinlə yanaşı İstanbul, Kiyev və Klaypedada keçirilən “Road Show”larda Cəmiyyət yüksək səviyyədə təmsil olunub.

Cəmiyyətin yeni “Limançı” həmkarlar təşkilatı yaradılıb, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəsmi loqosu təsdiq edilib. Prezidentin fərmanı ilə yaradılmış Tranzit Yüklərinin Aşırılması üzrə Koordinasiya Şurasının bir üzvü də Cəmiyyət olub.

Son xəbərlər

Orphus sistemi