​Bakı Beynəlxalq Avtovağzalında xüsusi komissiya yaradılıb

​Bakı Beynəlxalq Avtovağzalında xüsusi komissiya yaradılıb Bundan sonra bilet satışına xüsusi nəzarət ediləcək
İnfrastruktur
5 Oktyabr , 2015 11:29
​Bakı Beynəlxalq Avtovağzalında xüsusi komissiya yaradılıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzalının (BBA) rəhbərliyində dəyişiklikdən sonra mövcud nöqsanların aradan qaldırılmasına start verilib. İlkin olaraq ərazidə bilet satışı ilə bağlı xüsusi komissiyanın yaradılmasına başlanılıb. Bunu "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

"Seymur Aslanov quruma rəhbər təyin edildikdən sonra BBA-da əsaslı islahatlara başlanılıb. Bilet satışı zamanı yol verilən sui-istifadə hallarına nəzarət etmək üçün xüsusi komissiya yaradılıb. Artıq heç kəsə kənarda qanunsuz şəkildə bilet satmağa icazə verilmir. Habelə bilet satışına nəzarət ancaq bayram günlərində həyata keçirilməyəcək", - deyə Ş.Mehmanqızı qeyd edib.

O, həmçinin əlavə edib ki, sərnişinlərin biletlərinin onlayn satışı sistemində də təkmilləşdirmələr həyata keçirilir. Belə ki, onlayn bilet seçərkən ancaq bir istiqamət üzrə bilet almaq olar, təkmilləşmə işlərindən sonra sərnişinlər sərbəst şəkildə gediş-gəliş biletlərini bir dəfəyə sərbəst şəkildə ala biləcəklər: "Artıq onlayn bilet alan sərnişinlər öz yerlərində əyləşməyənədək, avtobuslar ərazini tərk etmir. Bu şəkildə sərnişinlərin hüquqları qorunur".

Bundan başqa, Bakı Beynəlxalq Avtovağzalın ərazisinə kənar nəqliyyat vasitələrinin daxil olması qadağan edilib.

Yeniliklərə "Qaynar xətt"in yaradılması da daxildir. İslahatlar çərçivəsində vətəndaşlara normal şəkildə xidmət göstərəcək və sorğularını cavablandıracaq bu servisin də təkmilləşdirilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi