Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində hərəkət məhdudlaşdırılıb

Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində hərəkət məhdudlaşdırılıb Bakı. 27 iyun. REPORT.AZ/ Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkət hissə-hissə qismən məhdudlaşdırılıb.
İnfrastruktur
27 İyun , 2018 09:16
Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində hərəkət məhdudlaşdırılıb
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkət hissə-hissə qismən məhdudlaşdırılıb. 

"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət bu gecədən etibarən tətbiq edilib.

Aşınma qatının yenilənməsi işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından (Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından) dəmir yolu körpüsünə qədər olan hissəsini əhatə edir. Təmir işləri sözügedən hissədə 1-ci mərhələdə üzrə yalnız sol 3 hərəkət zolağında aparılır yəni sağ 3 hərəkət zolağı üzrə hərəkət dayandırılmayıb.

Bu çərçivədə gecə qısa müddətə Moskva prospektinin 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi-“Şamaxinka” adlanan ərazi istiqamətinə yönəldilib.

Nəticədə sürücülər 20 Yanvar dairəsi və “Şamaxinka”-dan istifadə etməklə yenidən əsas yola çıxa bilirlər. Bundan başqa sürücülərin Biləcəri enişindən istifadə etməklə Delfin otelin qarşısından da əsas yola çıxmaq imkanları var.Bakı Dairəvi-1 avtomobil yolu ilə hərəkətdə olan sürücülər də əvvəlki qaydada maneəsiz olaraq Bakı-Sumqayıt yoluna çıxırlar.

Sürücülərdən sözügedən hissədə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan (Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Bİnəqədi-Novxanı-Corat avtomobil yolları) istifadə etməkləri tövsiyyə olunur, təmir işləri aparılan ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 

Təmir işlərinə uyğun olaraq növbəti mərhələlər çərçivəsində baş tutacaq məhdudiyyətlər barədə öncədən ictimaiyyətə ətraflı məlumatlar veriləcək.

Son xəbərlər

Orphus sistemi