Yuxarı

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşısındakı yol istifadəyə verilib

Köməkçi yol kompleks ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri tam olaraq yekunlaşdıqdan sonra istifadəyə verilib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşısındakı avtobus dayanacağının yerləşdiyi giriş-çıxış yolu artıq sürücülərin istifadəsinə verilib. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan xəbərə görə, köməkçi yol kompleks ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri tam olaraq yekunlaşdıqdan sonra açılıb.

Qeyd edək ki, dayanacağa giriş-çıxış yolunun zəruri olan yerlərində yararsız qrunt qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək kipləşdirilib. Yolun köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə ilə qaşınaraq ərazidən daşınıb, əlavə bərkitmə işləri görülürək yolun asfaltlanması istiqamətində işlər görülüb.

Sürüşmə baş vermiş yamacda aparılmış bərkitmə işləri zamanı yuxarı hissədə 16 metr uzunluğunda və 7 metr hündürlükdə 5 ədəd istinad divarı inşa edilib. Divarlarda ankerləmə işləri aparılıb. Yəni divar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və sementasiya olunub, asfaltlanma işləri yekunlaşdırılıb və yolda hərəkət tam bərpa olunub.

Ərazidə yerləşən avtobus dayanacağının qarşısından keçən köməkçi yol boyu və əsas yolun kənarlarında ineksiya işləri görülüb. Yer bir neçə yerdən 20-30 metr dərinlikdə deşilib, ora beton məhlul tökülüb. Bundan başqa, mövcud istinad divarı ilə köməkçi yol üzərində yerləşən istinad divarı arasındakı ərazidə 1 200 mm diametrində və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulub.

Yamacın aşağı hissəsinin bərkidilməsi istiqamətində də işlər aparılıb. Belə ki, 16 metr uzunluğunda və 8 seksiyadan ibarət istinad divarları inşa edilib. Buna paralel olaraq ərazidə aparılan svay vurma işləri aparılıb. Ümumilikdə, əraziyə 96 ədəd svay vurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi