Bakı-Berlin-Bakı aviareysi təxirə salınıb

Bakı-Berlin-Bakı aviareysi təxirə salınıb Buna səbəb kimi isə "Berlin-Tegel" (TXL) Beynəlxalq Hava Limanının işçilərinin tətil keçirməsi göstərilib
İnfrastruktur
13 Mart , 2017 19:09
Bakı-Berlin-Bakı aviareysi təxirə salınıb

Bakı. 13 mart. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC sərnişinlərə xəbərdarlıq edib. 

"Report" AZAL-ın "Facebook" səhifəsinə istinadən xəbər verir ki, martın 14-də "Azərbaycan Hava Yolları"nın Bakı-Berlin-Bakı marşrutu üzrə həyata keçirəcəyi J2-063/J2-064 nömrəli reyslər martın 15-dək təxirə salınıb.  

Buna səbəb kimi isə "Berlin-Tegel" (TXL) Beynəlxalq Hava Limanının işçilərinin tətil keçirməsi göstərilib. 

"Əlavə məlumat üçün [email protected] email və ya (+994) 598 88 80 (qısa nömrə *8880) telefon nömrəsi vasitəsilə #AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərsiniz. Baş vermiş narahatlığa görə üzr istəyirik" - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi