Yuxarı

​Bakı-Barselona-Bakı marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirilib

İlk reyslə 88 sərnişin uçub

Bakı. 24 may. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) "Summer Tour" şirkətinin dəstəyi ilə Bakı-Barselona-Bakı marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirib.

“Report” xəbər verir ki, mayın 23-də Bakıdan Barselonaya uçan "Airbus-319" təyyarəsi "De Logregat" Beynəlxalq aeroportunda eniş edib.

Saat 07.00-da havaya qalxan təyyarə Bakı vaxtı ilə 12.10-da uçuş məntəqəsinə çatıb. İlk reyslə 88 sərnişin uçub.

Təyyarə Barselonada endikdən sonra hava limanında ilk reysin sərnişinləri üçün təqdimat keçirilib. Mərasimdə həmçinin Barselonadan Bakıya uçan sərnişinlər yola salınıb.

Bakı-Barselona-Bakı marşrutu üzrə uçuşlar hələlik həftədə bir dəfə, şənbə günləri həyata keçirilir. Bu reyslə uçmaq istəyənlərin sayında artım olduğu təqdirdə reyslərin sayının da çoxaldılması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi