Yuxarı

Bakı-Barselona aviareysi iyunda bərpa olunacaq

Bu marşrut üzrə aviabiletin qiyməti 381 avrodan başlayır

Bakı. 29 yanvar. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC iyunun 18-dən etibarən Bakıdan Barselonaya (İspaniya) müntəzəm aviareyslərin bərpa olunacağını elan edib. “Report” AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Barselona-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin şənbə günləri yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 07:00-da, El-Prat Beynəlxalq Hava Llimanına enmə yerli vaxtla saat 09:45-də yerinə yetiriləcək. Barselonadan uçuş isə yerli vaxtla saat 11:00-da, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə Bakı vaxtı ilə saat 19:10-da olacaq.

Bu marşrut üzrə aviabiletin qiyməti 381 avrodan başlayır. Bakı-Barselona-Bakı reysi "biznes" və "ekonom" salonlu "Airbus A319" təyyarələri ilə həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi