Bakı aeroportunda ASEC Mərkəzi açılıb

Bakı aeroportunda ASEC Mərkəzi açılıb AZAL və “Thales” birgə müəssisənin yaradılması imkanlarını nəzərdən keçirəcək
İnfrastruktur
8 Fevral , 2018 17:12
Bakı aeroportunda ASEC Mərkəzi açılıb

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, “Thales” şirkəti üçün pilot layihə sayılan bu layihənin ümumi dəyəri 7 mln. avro təşkil edir.

ASEC Mərkəzinin açılması ilə əlaqədar olaraq, keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev, “Thales International” şirkətinin I vitse-prezidenti Rafael Eskinazi və digərləri iştirak ediblər.

Daha sonra C.Əsgərov və R.Eskinazi arasında aparılan danışıqlarda Azərbaycanın mülki aviasiyası sahəsində AZAL və “Thales”in gələcək əməkdaşlığı müzakirə edilib. Danışıqların yekunlarına əsasən, Azərbaycanda Fransa şirkətinin məhsullarının istehsalı üçün tərəflər arasında birgə müəssisənin yaradılmasının mümkünlüyünü nəzərdən keçirmək barədə razılıq əldə olunub.

Qeyd edək ki, hazırda Azərbaycan ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir.

Xatırladaq ki, Bakıda ASEC Mərkəzinin tikintisi üzrə Hökumətlərarası Memorandum Azərbaycan Prezidentinin 2017-ci ilin martında Fransaya rəsmi səfəri çərçivəsində imzalanıb.

Son xəbərlər

Orphus sistemi