​"Bakı 2015"in bağlanış mərasimi günündə bağlanacaq yollar məlum olub

​"Bakı 2015"in bağlanış mərasimi günündə bağlanacaq yollar məlum olub Həmin yollarda nəqliyyat vasitələrinin hərəkəti gecə saat 02:00-a qədər məhdudlaşdırılacaq
İnfrastruktur
24 İyun , 2015 11:31
​Bakı 2015in bağlanış mərasimi günündə bağlanacaq yollar məlum olub

Bakı. 24 iyun. REPORT.AZ/ İyunun 28-də "Bakı 2015" I Avropa Oyunlarının bağlanış mərasimi günü paytaxtdakı bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkəti saat 16:00-dan gecə saat 02:00-a qədər məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi, Mehdi Hüseyn küçəsinin Parlament prospektindənTeymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi bağlı olacaq.

Bağlanış mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə olunur.

Belə ki, iyunun 28-də metro saat 06:00-dan 02:00-dək, ekspress avtobuslar saat 05:00-dan 02:00-dək fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi