Yuxarı

​"Bakı 2015" I Avropa Oyunlarının İnteqrasiya Qrupunun iclası keçirilib

Tədbirdə nəqliyyat məsələləri ilə bağlı müzakirələr aparılıb

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün BEGOC-un baş ofisində "Bakı 2015" I Avropa Oyunlarının İnteqrasiya Qrupunun növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, iclasda "Bakı 2015" I Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, əməliyyatlar üzrə baş direktor Saymon Kleqq, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, İqtisadiyyat və Sənaye, Fövqəladə Hallar, Maliyyə, Xarici İşlər, Daxili İşlər nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, "Azərbaycan Hava Yolları" QSC, Bakı şəhər İcra Hakimiyyəıti, "Bakı Metropoliteni" QSC, Nazirlə Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Gənclər Fondunun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
İlk olaraq çıxış edən A.Rəhimov Oyunlara 50 gün qalmış görülən işlər barədə məlumat verib. Nazir tədbir iştirakçılarını qarşıda görüləsi işlərlə tanış edib.

İclas zamanı bildirilib ki, Avropa Oyunlarını izləmək üçün satışa çıxarılan biletlərin üzərində idman obyektlərinə buraxılması qadağan olunan əşyalar qeyd olunub ki, həmin əşyalarla məkana daxil olmağa icazə verilməyəcək. Sonra isə məşəl proqramı və marşrutu barədə iştirakçılara məlumat verilib.

Tədbirdə Oyunlar zamanı nəqliyyat məsələlərindən də danışılıb və yeraltı nəqliyyatın Bakı şəhərini tam əhatə etmədiyi bildirilib. Nəqliyyat depolarının lazımi qədər olmadığını vurğulayan iştirakçılar Nəqliyyat Nazirliyinin yol infrastrukturu ilə bağlı gördüyü işləri qeyd ediblər.

Xüsusi zolaqlı yolların olacağı deyilib ki, bu yolla ancaq qeydiyyatı olan nəqliyyat hərəkət edə biləcək.

Daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Oyunlara 50 gün qalması münasibətilə yeni poçt markaları nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi