Yuxarı
    Bağlamaq

    Bakıda MDB ölkələrinin Dəmir yolu nəqliyyat üzrə Şura iclası keçiriləcək

    İclas iştirakçıları  dəmir yolu şəbəkəsinin bu il ərzində istismar işinin yekunlarını müzakirə edəcəklər

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda MDB-yə üzv ölkələrinin Dəmir yolu nəqliyyat üzrə Şurasının 61-ci iclası keçiriləcək. "Report" MDB-nin İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, oktyabr ayının 21-22-də RF "RJD" ASC-nin prezidenti Vladimir Yakuninin sədrliyi ilə keçiriləcək iclasda Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukraynanın dəmir yolu idarələri, həmçinin, Şuranın assosiativ üzvləri olan Gürcüstan, Latviya, Bolqarıstan və Finlyandiyanın dəmir yolu idarələrinin rəhbərlərinin iştirakı nəzərdə tutulur. 

    Bundan başqa, görüşdə Litva, Estoniya və İranın dəmir yolu idarələrinin təmsilçiləri, MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak edəcəklər.

    İclas iştirakçıları dəmir yolu şəbəkəsinin 2014-cü il ərzində istismar işinin yekunlarını, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki normativlərini, yük vaqonları və konteynerlərin əvvəlcədən siyahıyaalınmasının yekunlarını müzakirə edəcəklər.

    Həmçinin, iclasda bir sıra normativ sənədlərə dəyişikliklərin müzakirə olunması və qəbul edilməsi, xidmət müddətinin uzadılması haqqında müddəanın, eləcə də sərnişin vaqonlarının təmirinə vahid tələblərin, yük vaqonlarının təmirə yararlığının qiymətləndirilməsi üzrə metodik tövsiyyələr, yük vaqonlarının təmiri üzrə texnoloji təlimatların təsdiq olunması nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi