Yuxarı

​Bakı Metropolitenində istismar olunan vaqonların 38%-i ötən əsrin sonunda alınıb

Qatar parkında olan vaqonların 166-sı 2000-ci illərdə, qalan 100 vaqon isə daha öncə ölkəyə gətirilib

Bakı. 18 avqust.REPORT.AZ/ Bakı Metropoliteninin qatar parkında 266 ədəd qatar vaqonu var və bunun 166-sı (62,4%) 2000-ci illərdə gətirilsə də, qalan 100 vaqon (37,6%) isə daha öncə ölkəyə gətirilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında bildirib ki, cari təmirə ehtiyacı olan vaqonlar mütəmadi olaraq depoda təmir edilir. Qatarların yenidən qurulması ilə bağlı işlər isə Tbilisi şəhərində (Gürcüstan) həyata keçirilir.

"Qatarların müəyyən istismar müddəti var. İstismar müddəti başa çatmış qatarlar, xətdən çıxarılmalıdır. Hazırda bizim istismar müddətini başa vurmuş qatarlarımız yoxdur", - deyə N.Paşayev bildirib.

Bununla yanaşı qeyd olunur ki, bu yaxınlarda 3 qatar tərkibi (hər birində 5 vaqon olmaqla) Tbilisidə əsaslı şəkildə təmir olunaraq Bakı metrosunda xəttə buraxılıb.

Qeyd edək ki, Bakı Metropoliteni iyunun 17-dən yay rejiminə keçib və bununla əlaqədar xətdəki qatarların sayı azaldılıb və əhalinin sıxlığı nəzərə alınaraq interval artırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi