Yuxarı

​Bağırov körpüsü yaxınlığında böyük sıxlıq yaranıb

Sürücülərə alternativ yollar təklif edilir

Bakı. 23 iyun. REPORT.AZ/ Bakı şəhərinin Heydər Əliyev prospektində (əsas yolda), Bağırov körpüsünün yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

"Report" xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, sürücülərə alternativ olaraq Heydər Əliyev prospektinin köməkçi yolundan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi