Azərbaycan prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon manat ayrılıb

Azərbaycan prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon manat ayrılıb Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
İnfrastruktur
19 Avqust , 2014 09:14
Azərbaycan prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon manat ayrılıb
Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Xaçmaz rayonu ərazisində Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında” sərəncam imzalayıb. Report xəbər verir ki, sərəncama əsasən, 3 200 nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Dalğalı-Nabran-Tel avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi