​Azərbaycan prezidenti Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan yolunun tikintisinə 3 milyon manat ayırıb

​Azərbaycan prezidenti Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan yolunun tikintisinə 3 milyon manat ayırıb Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb
İnfrastruktur
21 Avqust , 2014 09:03
​Azərbaycan prezidenti Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan yolunun tikintisinə 3 milyon manat ayırıb
Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Tovuz rayonunun Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Report xəbər verir ki, sərəncama əsasən, 32 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi