Azneft dairəsi iki gün bağlı olacaq

Azneft dairəsi iki gün bağlı olacaq Yolun bağlanması "Formula 1" yarışlarına hazırlıqla əlaqədardır
İnfrastruktur
9 Aprel , 2016 09:48
Azneft dairəsi iki gün bağlı olacaq

Bakı. 9 aprel. REPORT.AZ/ Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a daxil olan məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

"Bu səbəbdən, Neftçilər prospektinin Azneft dairəsindən başlayaraq Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsi aprelin 10-u saat 17:00-dan aprelin 11-i saat 21:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq", -deyə, məlumatda qeyd edilib.

Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Son xəbərlər

Orphus sistemi