"Azəryolservis" yolları buzdan təmizləyir

"Azəryolservis" yolları buzdan təmizləyir Avtomobil yollarının qar və buzdan təmizlənməsi üçün 689 ədəd texnika və maşın-mexanizm cəlb olunub
İnfrastruktur
26 Yanvar , 2016 12:20
Azəryolservis yolları buzdan təmizləyir

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azəryolservis” ASC gücləndirilmiş iş rejiminə keçib. Respublika avtomobil yollarının qar və buzdan təmizlənməsi üçün 689 ədəd, Bakı şəhərinin yollarına xidmət göstərmək üçün isə 382 ədəd texnika və maşın-mexanizm cəlb olunub. 

Bu barədə yol təsərrüfat orqanından "Report"a daxil olan xəbərdə deyilir: "Gecəboyu və səhər saatlarında yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz və qumun səpilməsi istiqamətində işlər aparılıb. Bunun nəticəsində nəqliyyatın hərəkətində hər hansı bir fasilə baş verməyib. Hazırda Bakı şəhərinin küçə və prospektlərində, kənd və qəsəbələrə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində heç bir problem yaşanmır. Nəqliyyatın hərəkətinin fasiləsiz təmin olunması üçün işlər davam etdirilir. Bunun üçün kifayət qədər duz və qum ehtiyatı var".

"Respublikanın avtomobil yollarında da nəqliyyatın hərəkətində ciddi bir problem yaşanmır. Respublika əhəmiyyətli bütün avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub. Qarın dayanmadan yağması və güclü şaxtanın olması ucqar dağ kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətində müəyyən qədər problemlər yaradıb. Həmin yolların da qardan və buzdan təmizlənməsi istiqamətində fasiləsiz olaraq iş aparılır", - deyə "Azəryolservis"dən bildirilib.

Son xəbərlər

Orphus sistemi