​“Azəryolservis” xəbərdarlıq edib

​“Azəryolservis” xəbərdarlıq edib Təmir işləri ilə əlaqədar quruma müraciət etmək tövsiyə edilir
İnfrastruktur
10 Aprel , 2015 14:07
​“Azəryolservis” xəbərdarlıq edib

Bakı. 10 aprel. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC yaxın günlərdə Nərimanov rayonunun Ələsgər Qayıbov və Yasamal rayonunun Bəxtiyar Vahabzadə küçələrində əsaslı təmir işlərini planlaşdırır.

Qurumun Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, təmirlə bağlı hazırlıq işləri aparıldığından qeyd edilən küçələrdə yerləşən mövcud yeraltı kommunikasiya xətlərinin texniki vəziyyətini araşdıraraq, ərazidə yerləşən idarələrdən cəmiyyətə müraciət etmələri xahiş olunur.

Əks halda təmirdən sonra kommunikasiya xətlərində baş verən problemlərə görə yol təsərrüfatı orqanı məsuliyyət daşımayacaq.

Son xəbərlər

Orphus sistemi