"Azəryolservis" sürücülərə xəbərdarlıq edib

"Azəryolservis" sürücülərə xəbərdarlıq edib İri qabaritli və ağır çəkili avtomaşınlar xüsusi icazəyə malik olmalı və müəyyənləşmiş marşrutla hərəkət etməlidir
İnfrastruktur
5 Fevral , 2016 15:43
Azəryolservis sürücülərə xəbərdarlıq edib

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycannın ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri haqqında Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli qərarı ilə müəyyən edilmiş qabarit və çəki parametrlərinə uyğun olmayan nəqliyyat vasitələri “Azəryolservis” ASC tərəfindən verilmiş xüsusi icazəyə malik olmalı və həmin xüsusi icazədə göstərilmiş şərtlər və marşrut üzrə hərəkət etməlidir.

Bu barədə "Report"a "Azəryolservis" ASC-dən məlumat daxil olub. 

Qeyd edilir ki, əks halda yol hərəkətinin təhlükəsizliyi nəzərə alınaraq həmin avtonəqliyyat vasitələri hərəkətdən kənarlaşdırılacaq. Onların hərəkəti xüsusi icazə alındıqdan və yalnız təyin olunmuş marşrut üzrə bərpa oluna bilər.

Nəqliyyat vasitəsinin icazə verilən qabaritləri Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır:

Son xəbərlər

Orphus sistemi