"Azəryolservis" işçi qəbuluna başlayıb

"Azəryolservis" işçi qəbuluna başlayıb ​Yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2 184 işsiz vətəndaşın müvafiq işlə təmin olunması nəzərdə tutulub
İnfrastruktur
8 Fevral , 2016 15:13
Azəryolservis işçi qəbuluna başlayıb

Bakı. 8 fevral. REPORT.AZ/ “Azəryolservis” ASC  Regionların sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) və Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı (2014-2016-cı illər) dövlət proqramlarında avtomobil yollarının tikintisini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə Bakı şəhəri və regionlarda Cəmiyyətin Yol İstismar İdarələrinə işçi qəbulu aparır.

Bu barədə "Report"a "Azəryolservis" ASC-dən məlumat daxil olub. 

Yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikanın, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan və yaşayış yeri üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar “Azəryolservis”in həmin rayon və şəhərlərdə yerləşən Yol İstismar İdarələrinə müraciət edə bilərlər. 

Qeyd edək ki, ümumilikdə yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2 184 işsiz vətəndaşın müvafiq işlə təmin olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi