Yuxarı
    Bağlamaq

    "Azəryolservis"in başçısı vətəndaşların qəbulunu keçirib

    Bakıda keçirilən qəbulda 30 nəfər iştirak edib

    Bakı. 31 oktyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov Bakıda vətəndaşları qəbulu edib. Qəbulda “Azəryolservis” ASC-nin sədr müavinləri, aparat rəhbəri və müvafiq idarələrin rəisləri iştirak ediblər.

    Cəmiyyətin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, qəbula yazılan 30-dan artıq vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənilib. S.Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyəti struktur rəhbərlərinə göstərişlər verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılması üçün qeydiyyata alınıb.

    Qeyd edək ki, cədvələ əsasən, “Azəryolservis” ASC-də hər ayın son beşinci günü vətəndaşların qəbulu keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi