​"Azəryolservis"də iclas keçirilib

​"Azəryolservis"də iclas keçirilib Qış mövsümündə yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib
İnfrastruktur
12 Noyabr , 2015 16:54
​Azəryolservisdə iclas keçirilib

Bakı. 12 noyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-də 2015-ci ilin yanvar-sentyabr aylarının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. Bu barədə "Report"a "Azəryolservis"in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hesabat iclasında qeyd olunub ki, 2015-ci ilin 9 ayı ərzində 289,3 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib.

2015-ci ilin 9 ayı ərzində 38 adda küçə və prospektdə 370,4 min kv. metr sahədə əsaslı təmir işləri aparılıb. Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 97,7 min kv. metr sahədə çala təmiri işləri yerinə yetirilib.

İclasda 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq məsələsinə də xüsusi diqqət ayrılıb. Bildirilib ki, Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq bütün idarə və müəssisələrdə hazırlıq işləri başa çatmaq üzrədir.

Ümumilikdə, payız-qış mövsümündə, xüsusi ilə qarlı-şaxtalı havalarda avtomobil yollarına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirildiyi açıqlanıb. Onlardan 382 ədədi Bakı şəhərində, 659 ədəd isə respublika yollarına xidmət üçün nəzərdə tutulub.

Bundan başqa, tələb olunan miqdarda qum və texniki duz ehtyatının toplanması işlərinin də davam etdirildiyi açıqlanıb.

Son xəbərlər

Orphus sistemi