"Azəryolservis": Bütün yollar işlək vəziyyətdədir

"Azəryolservis": Bütün yollar işlək vəziyyətdədir "Naşı sürücülərin qarlı havada yola çıxmaması tövsiyə olunur"
İnfrastruktur
9 Yanvar , 2015 11:42
Azəryolservis: Bütün yollar işlək vəziyyətdədir

Bakı. 9 yanvar. REPORT.AZ/ "Hazırda Azərbaycandakı ən çətin avtomobil yollarının hamısı işlək vəziyyətdədir. Bakı-Sumqayıt, Xocasən, Lökbətan, "Dairəvi-1" yolunda qumlama işləri başa çatdırılıb". Bunu "Report"a açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, növbətçi briqadalar bu gün səhərə qədər iş başında olub: "Dünən bəzi naşı sürücülər Bakı-Sumqayıt yolunda müəyyən problemlər yaradıb. Çünki onlar yolun hərəkət istiqamətində avtomobillərini qoyub gedirdilər. Məsləhət görürəm ki, bu cür sürücülər qarlı havada yola çıxmasınlar. Bundan başqa, xidmət etdiyimiz avtomobil yolları, prospekt və küçələrdə nəqliyyatın normal hərəkətini təmin etmək üçün duz qarışığı səpmişik. Eyni zamanda, bütün digər lazımi tədbirlər həyata keçirilib".

Bəzi yolların hələ də qardan təmizlənmədiyinə gəlincə, qurum rəsmisi əlavə edib ki, "Azəryolservis"lə paralel olaraq Bakı şəhər İcra Hakimiyyəti də bu istiqamətdə çalışır və diqqətdən kənar qalan yollara da baxış keçiriləcək.

Son xəbərlər

Orphus sistemi